Fransanın paytaxtı Parisdə yerləşən, ilk yarandığı gündən qalmaqala səbəb olan məşhur restoran bağlanır. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “O'naturel” adlı çılpaqlar restoranının rəhbərliyi  müştəri tapa bilmədiyi üçün bağlanmaq qərarı verib. 
Şəhərin 12-ci bölgəsində yer alan “O'naturel”in sahibləri Mayk və Stefan Saadafevral ayında tamamı ilə bağlanacağını açıqlayıb. 

Parisin lüks səmtlərindən biri 12-ci bölgədə yerləşən restorana gələn müştərilər orada yemək yeyə bilmək üçün bəzi şərtləri yerinə yetirməli idi. Ancaq20 yaşına çatmamış gənclər valideynlərin razılığı olmadan qəbul edilmirdi. 

Yeməyə getməmişdən əvvəl bütün müştərilər paltarlarını və mobil telefonlarını qarderobda qoyur. Təxminən 20 masalı restoranın menyusundakı yeməklərin qiymətləri 39 və 49 avro (80-100 manat) arasında dəyişir.

Restoran sahibləri bağlanacaqlarını açıqladıqdan sonra müştərilərin az vaxt qala restorana axın etdiyi deyib.  Restoran 2017-ci  ildə açılmışdı və ilk çılpaqlar restoranı idi.