Bu il keçiriləcək futbol üzrə Avropa çempionatında ən çox futbolçu ilə təmsil olunacaq ölkə çempionatları və klublar müəyyənləşib. 
Unikal.org xəbər verir ki, ümumilikdə 552 oyunçudan 139-u İngiltərə Premyer Liqasında çıxış edir.
Onlardan 23-ü İngiltərə millisinin heyətində yer alıb. Bu ölkənin hətta Çempionşip adlanan səviyyəcə ikinci liqası da digər ölkələrin müvafiq çempionatı ilə müqayisədə yığmalara daha çox oyunçu verib. Heyətində hamıdan çox - 13 ölkənin çempionatından gəlmiş futbolçuların çıxış etdiyi yığmalar İsveç və Slovakiyadır. Yığmalarda ən çox oyunçusu olan klublar İtaliya "Yuventus"u ilə İngiltərə "Liverpul"udur. Onların hərəyə 12 futbolçusu müxtəlif milli komandaların tərkibindədir.
Avropa çempionatında çıxış edəcək futbolçular təkcə "köhnə qitə" klublarından çağırılmayıb. Onların arasında Qətər və ABŞ liqalarından 3, Avstraliya, Səudiyyə Ərəbistanı və Meksikadan hərəyə 1 oyunçuya dəvət göndərilib.
Bir futbolçu ilə təmsil olunan milli çempionatlar sırasında isə Azərbaycan Premyer Liqası da var.
Avropa çempionatında ən çox futbolçu ilə təmsil olunacaq klublar:
12 - "Yuventus", "Liverpul"
11 - "Tottenhem"
10 – "Mançester Yunayted"
9 – "Barselona", "Bavariya", "Fənərbağça"
8 – "Arsenal", "Bazel", MOİK Moskva, "Real Madrid", "Roma"
Ən çox futbolçu ilə təmsil olunan ölkələrin çempionatları:
139 – İngiltərə (103-ü Premyer Liqa, 31-i Çempionşip, 4-ü I Liqa, 1-i II Liqa)
65 – Almaniya (57-si Bundesliqa, 8-i 2-ci Bundesliqa)
56 – İtaliya (52-si A Seriyası, 4-ü B Seriyası)
36 – Türkiyə (hamısı Super Liqa)
35 – İspaniya (34-ü Primera, 1-i Sequnda)
32 – Rusiya (hamısı Premyer Liqa)
22 – France (22 Ligue 1)
1 futbolçu ilə təmsil olunan çempionatlar:
Avstraliya – Aron Hyuz (Şimali İrlandiya / "Melburn Siti")
AZƏRBAYCAN – Ansi Aqolli (Albaniya / "Qarabağ")
Çin – Burak Yılmaz (Türkiyə / "Beijinq Quoan")
İsrail – Ovidiu Hoban (Rumıniya / "Hapoel" Beer Şeva)
Lixtenşteyn – Armando Sadiku (Albaniya / "Vaduts")
Qazaxıstan – Anatoli Timoşuk (Ukrayna / "Kayrat")
Meksika – Andre-Pyer Jinyak (Fransa / "Taycers")
Səudiyyə Ərəbistanı – Lusian Sanmartin (Rumıniya / "Əl-İttihad")
Ən çox klubdan oyunçu çağıran yığmalar:
22 - İslandiya, Şimali İrlandiya
21 – İsveç
20 – Albaniya, Polşa, Slovakiya
Ən az klubdan oyunçu çağıran yığmalar:
8 – Rusiya
10 – İngiltərə, Ukrayna
Ən çox ölkədən futbolçusu çağırılan yığmalar:
13 – Slovakiya, İsveç
10 – Albaniya, İslandiya, Rumıniya
Ən az ölkədən futbolçusu çağırılan yığmalar:
1 – İngiltərə
2 – Rusiya, İrlandiya
3 – İtaliya, Uels
Öz ölkəsinin çempionatından ən çox futbolçu çağıran yığmalar:
23 – İngiltərə
22 – Rusiya
18 – İtaliya
Öz ölkəsinin çempionatından ən az futbolçu çağıran yığmalar:
0 – İsland, Şimali İrlandiya, İrlandiya, Uels
1 – Avstriya
2015-2016 mövsümündə Çempionlar Liqasında ən çox futbolçusu oynayan yığmalar:
19 – İspaniya
16 – Almaniya
15 – Fransa
13 – İtaliya
12 – Ukrayna
2015-2016 mövsümündə Çempionlar Liqasında ən az futbolçusu oynayan yığmalar:
0 – Albaniya, Macarıstan, İrlandiya, Slovakiya
2015-2016 mövsümündə Avropa Liqasında ən çox futbolçusu oynayan yığmalar:
15 – Türkiyə
12 – Çexiya, İngiltərə, Portuqaliya, Ukrayna
2015-2016 mövsümündə Avropa Liqasında ən az futbolçusu oynayan yığmalar:
0 – İrlandiya
2 – Şimali İrlandiya
3 – Hungary, Romania
4 – İslandiya