Realiti şou ulduzu Meqan Barton Hanson adalardan birində sevgilisi Vet Nelson ilə dincələrkən paparazzilərə tuş gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bartonun başdan ayağa estetik əməliyyat olunduğu diqqətdən qaçmayıb.

Belə ki, qara bikinidə olan məşhurun dişləri və dodaqları da daxil üz dartma, botoks etdirdiyi məlum olub. Bundan başqa, sinəsini də böyüdən Meqan bütün bunlara 25 min sterlinq (təxminən 54 min AZN) pul xərcləyib.

Sosial mediada aktiv olan Bartonu İnstaqramda 1,8 milyon insan izləyir.