Bu ölkələrin maraqlı Milad ənənələri ilə tanış olduqdan sonra təəccüblənməmək mümkün deyil.
Unikal.org xəbər verir ki, aşağıda göstərəcəyimiz ölkələrdə yeni il bir-birindən maraqlı ənənələri ilə qeyd edilir.
TAKANAKUY FESTİVALI - PERU
Peru xalqının yeni il ənənələri çox fərqlidir. Bu ölkənin xalqı dekabr ayının sonunda kəndlərə yığışırlar. Qrup halında insanlar (qadın, kişi) bir-birlərini yumruqlayırlar. Bir-birlərini yumruqlayan insanlar, yeni ilə daha rahat yaşayacaqlarını düşünürlər.
Boşqab qırmaq - DANİMARKA
İlin son gününə qədər istifadə etmədikləri şüşə qabları yığan Danimarkalılar, yeni ilə girərkən bu qabları yoldaşları və ailələriylə birlikdə qırırlar.
Çamadan - KOLOMBİYA
Kolombiya xalqı, yeni ilin son günü 24 saat çamadanla gəzirlər. Onlar düşünürlər ki, yeni ildə bol-bol səyahət edəcəklər.
Yüksəklikdən tullanma - DANİMARKA
Danimarkada insanlar həmçinin yeni il axşamı yüksəkliklərdən tullanırlar. Hesab edirlər ki, bu hərəkəti etməklə yeni ildə onlara şans gətirəcək.
Su səpmək - TAYLAND
Tayland xalqı, yeni ilə girərkən bir-birlərinə vedrələrdə su səpirlər
Qəbiristanlıqda yatmaq - ÇİLİ
Çili xalqının ənənələrinə görə, yeni il gecəsi sevdikləri insanların qəbirləri başlarına gedir və gecəni onlarla birlikdə keçirirlər.
Donmuş suda yuyunmaq - Serbiya
Serbiya xalqı, yeni ilin onlara şans gətirməsi üçün donmuş suya girirlər.
Bərəkət üçün bol yemək - Estoniya
Estoniya xalqı yeni il günü 7 dəfə bol-bol yemək yeyərək bolluq bə bərəkət duası edirlər.