Rusiyada vertolyot qəzası baş verib.

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Buryatiyada, Ulan-Ude şəhərində qeydə alınıb.

"Robinson" vertolyotu yerə düşərək, ağaca çırpılıb və yanıb. Qəza zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı hadisə nəticəsində həlak olub. 

Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb və ora təcili xidmətlərin əməkdaşları cəlb edilib.

Qəzanın başvermə səbəbləri məlum deyil.