“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, İngiltərə mətbuatına açıqlama verib.

Unikal.org xəbər verir ki, “Sky Sports”a danışan mütəxəssis, bu mövsüm əvvəlki illərə nisbətən daha yaxşı olduqlarını deyib:

“Ötən mövsümə nisbətən bu il daha yaxşıyıq. İldən-ilə daha da inkişaf edirik.

Ötən mövsüm çempion olanda, daha istəkli və sabit oyun sərgiləyirdik. Düzdür, bəzi oyunlarda xallar itirdik, ancaq yenə də, hər matça qələbə hissiylə çıxırdıq.

Çempionlar Liqasında qalib ola bilərsiz. Ancaq mənim üçün Premyer Liqanı qazanmaq tamam fərqlidir. Karyeramda çoxlu kuboklar qazandım. Ən çox zövq aldığım kubok Premyer Liqa kubokuydu. Bunu qazanmaq çox yaxşı hissdir”.

“Mançester Siti” bu mövsüm Premyer Liqada 18 turdan sonra 44 xalla 2-ci pillədə qərarlaşıb.