18 İyul 2019
17 İyul 2019
Bakıda saxta pul əməliyyatı – Saxlanılan var
Bakıda saxta pul əməliyyatı– Saxlanılan var KRİMİNAL 12:43 2018-12-25

Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a məlumat verilib.

Verilən məlumatda bildirilib ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

Belə ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.