İngiltərə mətbuatı 27 yaşlı Kiprli Şermin Kentmeni adlı türk qızından danışır. Unikal.org xarici mətbuata istinaən xəbər verir ki, İngiltərədə polis məmuru kimi fəaliyyət göstərən Kentmen “instagram”dakı foto və videolarıyla fenomenə çevrilib.  

Hələ 18 yaşı olarkən Polis Akademiyasına daxil olub. 9 ildir ki, polis kimi fəaliyyət göstərən Kentmen hazırda “instagram” fotoları və videoları ilə gündəmdən düşmür. 

Polislik karyerasında “twitter”dən  paylaşmalar edən Kentmen, 12 saatlıq gece növbəsinə və sıx iş həyatına ara verib özü ilə məşğul omağa qərar verib. 

O tez-tez idmanla məşğul olduğu anların da görüntülərini paylaşmağı unutmur. 

Qısa zmanda özünə fanat kütləsi yaradan Şerminə “məni həbs et” tipli mesajlar da gəlir.