18 İyul 2019
17 İyul 2019
Biləsuvarda qəza: yaralılar var
Biləsuvarda qəza:yaralılar var HADİSƏ 10:44 2018-12-23

 Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 1962-ci il təvəllüdlü Tarverdiyeva Yeganə Rafiq qızı və 1984-cü il təvəllüdlü Əliyeva Sevinc Mais qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır