18 İyul 2019
17 İyul 2019
Krallığın banisinin oğlu öldü
Krallığın banisinin oğlu öldü DÜNYA 22:39 2018-12-22

Səudiyyə Ərəbistanı krallığının banisinin oğlu Taləl bin Əbdül Əziz vəfat edib. 

Unikal.org “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun oğlu "Twitter"də yazıb.

Qeyd olunur ki, o, 88 yaşında dünyasını dəyişib. Şahzadə Taləl müasir Səudiyyə dövlətinin qurucusu Əbdül Əziz Əl-Səudun 18-ci oğludur. Səudiyyənin hazırkı monarxı Salman bin Əbdül Əziz onun ögey qardaşıdır.

Taləl bin Əbdül Əziz ötən əsrin 50-ci illərinin ortalarında krallığın birinci nəqliyyat naziri olub. Sonra isə maliyyə naziri vəzifəsini tutub. 60-cı illərin əvvəllərində o, monarxiya hakimiyyətini sərt tənqid edib. "Müstəqil əmirlər" hərəkatını yaradan Taləl bin Əbdül Əziz bir neçə il Qahirədə mühacir həyatı yaşayıb. Misirin o zamankı rəhbəri Camal Əbdül Nasir ona dəstək verib.