Azərbaycanda 24 yaşlı gənc şair intihar edib.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, 24 yaşlı Əli Tənha adlı gənc şair dünən gecə saatlarında özünü asaraq həyatına son qoyub. 

Bu barədə sosial şəbəkələrdə onun yaxın dostları paylaşım ediblər. İlkin məlumatlara görə, o, bir müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 

Gənc şairin tam olaraq hansı səbəbdən intihar etdiyi məlum deyil.