Rusiyalı biznesmenlər gələn ay İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edə biləcəklər.

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.

Məlumata görə, forumun təşkilatçıları rus sahibkarların tədbirdə iştirakına qoyulmuş qadağanı ləğv edib.

Xatıradaq ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin yerli iş adamlarının Davosa gedib-getməmək barədə qərar verməkdə sərbəst olduqlarını açıqlayıb.