“İnstagram” sosial şəbəkəsinin əməkdaşları ilin ən xoşbəxt məkanını müəyyənləşdiriblər.   

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar bu yerin Yaponiyanın paytaxtı Tokio şəhərindəki “Disneyland” əyləncə parkı olduğu qənaətinə gəliblər.

Müsbət emojili postların haradan göndərildiyi araşdırılarkən məhz həmin parka gələnlərin çəkdikləri fotoşəkillərdə daha çox smayl işlətdiyi məlum olub.