Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı RİH başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb.

V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxəmmədov təyin olunub.

O, bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.