Bu gün xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfov yeni vəzifəyə təyinat alıb.

Unikal.org xəbər verir ki, Xələf Xələfov Nazirlər Kabinetində Aparat rəhbəri vəzifəsinə aparılıb.

Baş Nazir Novruz Məmmədovun bu gün imzaladığı sərəncamla Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, X.Xələfov bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.