Lerikin Kaqoy kəndində özünü "ikinci allah" adlandıran Məmmədsəfa adlı molla peyda olub.

Unikal.org Bakupress-ə istinadən xəbər verir ki, sosial şəbəkədə qeyd edilir ki, Məmmədsəfa adlı bu şəxsə yüzlərlə insan inanır. Hətta, onun yanına gəlib-gedən şəxslər arasında bir sıra tanınmış insanlar, məmurlar və incəsənət adamları da var.