Azərbaycanın şimalında dəniz səviyyəsindən 2000 metrdən yüksək ərazilərə qar yağmağa başlayıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Qar Qubanın Cek, Əlik, Haput, Qalaxudat, Qrız, Buduq, Xaltan və Xınalıq kəndlərinə, Qusarın isə Ləzə kəndinə yağır.

Qarın hündürlüyü hələlik 1-3 sm təşkil edir. Temperatur isə ötən günə nisbətən aşağı düşüb.