Yoze Maurinyo "Mançester Yunayted"in baş məşqçisi təyin olunub.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, Londondakı otellərin birində İngiltərə klubunun rəhbərliyi və portuqaliyalı mütəxəssis arasında baş tutan danışıqlar uğurlu keçib, nəticədə razılaşma əldə edilib.
Maurinyonun baş məşqçi təyinatı yaxın müddətdə rəsmən təsdiqlənəcək. "Mançester Yunayted"in baş məşqçi postu hollandiyalı Lui Van Qalın istefaya göndərilməsindən sonra boş qalıb.