Türkiyənin tanınmış aparıcısı Defne Samyeli son zamanlar karyerasındakı müxtəlif seçimləri ilə mətbuatın gündəmindən düşmür.

Unikal.org xəbər veirr ki, komediya ustası Cem Yılmazla sevgili olan cazibədar aparıcı özünün karyerası ilə bağlı açıqlama verərək yenidən diqqətləri üzərinə çəkə bilib:

"Aktrisalıq, jurnalistika, müğənnilik, aparıcılıq, spikerlik - gördüyüm bütün işlərin əsası eynidir. Belə ki, hamısı kütləylə xitab edir.

Mən xəmir kimiyəm, təhsil və təcrübəm sayəsində özümü istədiyim şəkildə yoğura bilərəm.