Rusiyanın Tümen şəhərində biabırçı hadisə baş verib.

Unikal.org xəbər verir ki, universitetə yeni gələn tələbələr 1000 rubl (25 manat) üçün səhnədə soyunublar. Oğlan və qız tələbələrin səhnədəki görüntüləri sosial şəbəkədə paylaşılıb. "Baykonur club" adlı tatu mərkəzinə yüzlərlə tələbə toplaşıb.

Səhnəyə çıxan tələbələr paltarlarını soyunmağa başlayıblar. Soyunan tələbələr bədənlərindəki döymələri göstəriblər.

Baş verən hadisə sosial şəbəkədə sürətlə yayılıb. Universitetlər isə məsələyə müdaxilə ediblər. Bir sıra universitetdə istintaq başlayıb. Üzü görünən tələbələrin xaric ediləcəyi gözlənilir.(olke.az)