"Amazon" şirkətinin qurucusu Cef Bezos evsiz insanlara kömək etmək və yeni məktəblər açmaq üçün yaratdığı fonda 2 milyard dollar pul bağışlayıb.

Unikal.org xəbər verir ki, "Bezos Day One Fund" ("Bezosun ilk gün fondu") adlı fond evsiz ailələrə yardım edən dərnək və vəqflərin işlərinə dəstək olacaq, həmçinin, yoxsul məhəllələrində heç bir gəlir məqsədi daşımayan məktəblər tikəcək.

Qeyd edək ki, Bezosun 1994-cü ildə yaratdığı "Amazon" şirkətinin dəyəri 1 trilyon dollardan artıq göstərilir.