Böyük Britaniyanın məişət məhsulları istehsalçısı "What More" şirkəti Azərbaycana tədarüklərə başlayıb.

Unikal.org trend-ə istinadən bildirir ki, şirkət Azərbaycan bazarına "Wham" brendi altında plastik məişət konteynerləri, bişirmə üçün formalar, bağ dibçəkləri, alət qabları və digər məhsullar tədarük edəcək.

Şirkət yaydığı bəyanatda Azərbaycandan yeni sifarişləri gözlədiyini bildirib.

Qeyd edək ki, "What More" şirkəti 72 ölkəyə, o cümlədən BƏƏ, Avstraliya, Bəhreyn, Çexiya, Türkiyə, Rusiya, ABŞ və Kanadaya məhsul tədarük edir.