Türkiyənin Dənzilli vilayətində Misir Kraliçası Kleopatranın çimdiyi hovuzda turistlərin diqqətini çəkib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vaxtilə tarixi məkan olan bu ərazi, uzun illərdən sonra hər tərəfi yerdən damla-damla çıxan isti suyun altında qalıb.

Su altında qalan tarixi abidələr üzərində üzən turistlər, isti və şəfalı suyun dadını çıxarırlar. Xüsusən, bu məkandan ən çox istifadə edən isə xanım turistlərdir.