Hər zaman keyfiyyətli xidməti və sərfəli şərtləri ilə seçilən mobil operator Nar korporativ müştəriləri üçün yeni təkliflərini təqdim edir. Müştərilər sərfəli şərtlərlə, smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilər.

Unikal.org xəbər verir ki, korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə biləcək. Smartfonu əldə etmək üçün 1 Nar nömrəsinin korporativ tarifdə olması kifayətdir. Təqdim olunana smartfona 1 il müddətində zəmanət verilir.

Daim genişlənən 4G şəbəkəsi ilə "Nar müştərilərinə hər zaman və hər yerdə yüksək keyfiyyətli internetdən istifadə etmək imkanı açır. İnternetdən daimi istifadə edən iş adamları "Nar-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.

"Narın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici təklifdir. Belə ki, "WTTx cihazı ("Wireless To The x, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə eyni anda 32 cihaz "Nar şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər.

Qeyd olunan təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub. Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün "Nar nömrələrindən 789 qısa nömrəsinə zəng edə və [email protected] poçtuna yaza bilərsiniz.