Amerikalı aktrisa Barbara Harris dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Toni" mükafatı laureatçısının ölümünə xərçəng xəstəliyi səbəb olub.

Aktrisa Arizona ştatının Skotsdeyl şəhərində vəfat edib.

Barbara Harris "İslaholunmaz fırıldaqçılar", "Taun cüməsi" və "Pyeqqi Syu ərə getdi" kimi filmlərdə çəkilib. Onun 83 yaşı var idi.