Hollandiya millisinin keçmiş hücumçusu və baş məşqçisi Marko van Basten hesab edir ki, futbol qaydalarını dəyişmək lazımdır.
"Futbolda həddindən çox vaxt uzadılır. Elə qaydalar lazımdır ki, bu dəyişilsin. Dəyişiklik zamanı vaxtı uzadan oyunçu qırmızı vərəqə ilə cəzalandırılmalıdır. Oyunun tempi yüksək səviyyədə qalmalıdır", - unikal.org xarici KİV-ə istinadən bildirir ki, van Basten deyib.
Onun fikrincə, futbol ədalətli, vicdanlı və cəlbedici olmalıdır.
"Ancaq baxın, oyun necə inkişaf edir. Müasir futbol həndbola oxşayır: 11 oyunçu özünün cərimə meydançası daxilində müdafiə olunur. Biz heç olmasa ofsayd qaydalarından yaxa qurtara bilərik. Bu, çox mürəkkəbdir və tez-tez çoxlu sayda diskussiyalar olur. Oyunçular tez öyrəşəcəklər", - məşhur futbolçu vurğulayıb.
Van Bastenin sözlərinə görrə, futbol da həyat kimi dəyişib: "50 il əvvəl futbolu zövq almaq üçün oynayırdılar, indi bu böyük biznesdir, çoxlu pul var. Ümid edirəm ki, Dünya Çempionatı-2018-də video hakimlər olacaq. Bu hakimlər üçün əsas məqam isə qol, penalti və oyundan qovulma olmalıdır", - o, qeyd edib.