Parlamentdə Dağlıq Qrabağ müzakirəsi
Parlamentdə Dağlıq Qrabağ müzakirəsi


Parlamentə “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi təqdim edildi

Ermənistan İrs Partiyasının parlament fraksiyasının katibi Zarui Postancyan ölkənin Milli Məclisinə “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi təqdim edib.

Qanun layihəsi iki hissədən ibarətdir. Layihənin birinci hissəsində qeyd edilir ki, Ermənistan “DQR”-i tanıyır. İkinci hissədə isə yazılıb ki, qanun layihəsi rəsmən təqdim edildikdən 10 gün sonra qüvvəyə minir. Qeyd edək ki, belə bir təşəbbüs bir neçə il öncədə gündəmə gəlmişdi və onda bildirilirdi ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı parlament qərar qəbul etməlidir. Amma həmin illərdə prezident olan Robert Köçəryan bunun mümkünsüzlüyünü izah etmişdi bu dubyektin müstəqil olmasını gündəmə gətirmişdir. Bundan sonra isə Dağlıq Qrabağın müstəqilliyini tanımaqla bağlı parlamentdə müzakirələr olsada gözlənildi ki, öncə bu ərazini başqa bir ölkə tanısın. Amma “DQR-i”tanınmamış Abxaziyadan başqa tanıyan olmamışdı. Bəs bu gün Ermənistan parlamenti bu addımları ilə nəyə nail ola bilər? Ekspertlər hesab edir ki, Ermənistan bu məsələni parlament gündəliyinə gətirməmişdən öncə bir neçə suala cavab tapmalıdır. Bunlar nədir?
1. Ermənistan bu addımla ATƏT-in Minsk qrupnun dağılmasına nail olacaq buna hazırdırmı?
2. Danışıqlar dayanarsa müharibə başlayacaq. Müharibəyə hazırdırmı?
3. Qonşu dövlətlərdən müharibə zamanı dəstək ala biləcəkmi?
4. Avropa və ABŞ buna necə təpki göstərəcək?
Ekspertlər bildirir ki, Ermənistan bu suallara hələ ki, tam cavab verə bilməz. Çünki ATƏT rəsmiləri ilə son görüşdə də tərəflərdən atəşkəsi qorumaq tələb olundu. Bu baxımdan Ermənistan qaydaları pozaraq Dağlıq Qarabağın müstəqilliyini tanımaqla yanlış yol ata bilməz. Digər tərəfdən Abxaziyanın müstəqilliyini bu gün Rusiya kimi bir dövlət tanıyıb. Bəs nə dəyişiklik olub? Göründüyü kimi heç bir dəyişiklik yoxdur və bütün dövlətlər Gürcüstanın ərazi bütövlüyünü tanıyır və demək olar ki, hazırda Abxaziya dünyadan təcrid olunmuş haldadır. Belə olan halda isə Ermənistan bu addımı yalnız və yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümid edərək ata bilər. Çünki Ermənistanında üzv olduğu bu təşkilatın rəhbərliyi bu günlərdə bəyanatla çıxış etdilər. Bəyanatda fərq ermənilərin xeyrinə, Azərbaycanın isə ziyanına idi.Bəyanat KTMT adından Azərbaycan üçün hədə formasına çevrildi. Qırğızıstan hadisələrində heç bir addım ata bilməyən KTMT-nin Qafqazda ciddi bir iş görəcəyini düşünmək sadəlövhlükdür. Amma buna baxmayaraq təhlükə nəzərə alınmalıdır. Çünki təşkilatın 6 üzvündən yalnız Ermənistan özünə dəstək verə bilər. Rusiyanın ani sürətdə Ermənistana dəstək verəcəyini düşünmək qeyri-ciddilikdir. Belorusiya prezidenti Belorusiyanın mövqeyini açıqladı. Mərkəzi Asiya region dövlətlərinin də mövqeyi fərqlidir.Bunu da qeyd edək ki, ermənilərdən fərqli olaraq rus ekspertləri hesab edir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki dövründə əsas məqsədi müharibəyə nail olmaq, müharibənin gedişinə Rusiya Federasiyasından müəyyən qüvvələri cəlb etməkdir. Ermənistanda belə fikirləşirlər ki, indi Ermənistanla Azərbaycan arasında hərbi güclər arasındakı fərq minimaldır. Ermənistanın hərbi güclər arasındakı minimal fərqi ödəmək imkanı var. Gələcəkdə Ermənistanda belə imkan olmayacaqdır. Ən azı, bu ildən 12 illik təhsil sisteminə keçən Ermənistanda oktyabr ayında çağırışçıların sayı birdən-birə 6000 nəfər azalacaqdır. Ona görə də Ermənistan üçün müharibəyə əl atmaq həyatı zərurətə çevrilir. İrana gəldikdə isə bildirilir ki, rəsmi Tehranın mövqeyi strateji baxımdan Azərbaycan üçün təhlükə yaradır.İran istəyir ki, Ermənistan uzun müddət Dağlıq Qarabağı işğalda saxlaya bilsin. Bunun üçün İran Ermənistana dəstək kampaniyasına əlavə dövlətləri də cəlb edir. İran Ermənistan üçün vahid qonşular sistemi yaratmaq istəyir. İranın Ermənistanla bağlı siyasəti təkcə antiazərbaycan deyil, həm də antitürkiyə və antirusiya mahiyyətlidir.
Bütün bunlar isə tam olaraq Ermənistanın maraqlarına cavab vermir və buna görə hesab etmək olar ki, Ermənistan parlamenti dağlıq Qarabağı müstəqil subyekt kimi tanımaqla əslində özünü çıxılmaz duruma salacaq. Və yaxud bu məsələ ilk oxunuşdan qəbul olunacaq, təzyiq etmək üçün,daha sonra ikinci oxunuşu təsirə salınacaq.

Toğrul Əliyev