İmişli rayonunda 16 yaşlı gənc Araz çayında boğulub.

Unikal.org xəbər verir ki, hadisə Araz çayının rayonun xubyarlı kəndi ərazisindən keçən hissəində baş verib.

Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mövlan Zaur oğlu Yadigarov çayda çimərkən boğulub.

Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.