20 Avqust 2019
Dayısını həkim adı ilə Bakıya gətirib - Küçəyə atdı (FOTO)
Dayısını həkim adı ilə Bakıya gətirib  - Küçəyə atdı (FOTO) CƏMİYYƏT 16:11 2018-08-15

Bu gün Bakı şəhər Səbail rayonu ərazisindəki Axundov parkında kimsəsiz qoca kişi tapılıb.

Unikal.org Femida.az-a istinadən xəbər verir ki, adının Əsgərov Maarif Şıxəli oğlu olduğunu deyən şəxs 1942-ci il təvəllüdlüdür. Gəncə şəhər sakini olan 76 yaşlı qocanın dediyinə görə, o bir neçə gündür bu parkda gecələyir. Maarif Əsgərovu öz bacısı qızı Nəhayət həkim müayinəsi adı ilə Bakıya gətirib. Daha sonra onu şəhərdə qoyaraq tərk edib.

Maarif Əsgərovun sözlərinə görə, 3 oğlu, 2 qızı var. Qızları hazırda Gəncədə yaşayır. Amma ataları ilə münasibətləri yoxdu. Həyat yoldaşı Fənarə Əsgərova isə 4 il əvvəl dünyasını dəyişib.

O, Qocalar evinə yerləşmək üçün yardım istəyir. Bunun üçün sənədlərinin qaydaya salınmasına ehtiyac var.

Xatırladaq ki, M.Əsgərov 1 aydan çoxdur ki, Gəncədən Bakıya gətirilib. İki gündür ki, Sumqayıtda qaldığı bacısı qızı onu Bakıya gətirib və burada qoyaraq tərk edib.


  • Dayısını həkim adı ilə Bakıya gətirib  - Küçəyə atdı (FOTO)