ABŞ-ın Konnektikut ştatındakı Hemden şəhərinin sakini, 38 yaşlı Cozef Snayps həbs olunub.

O, son üç ayda sürəkli olaraq supeprmodel Odri Hilfiqerin İnstagram profilinə yazmaqda, modelə sataşmaqda və onu təhdid etməkdə suçlanıb.

Unikal.org ABC-yə istinadən bildirir ki, 20 yaşlı Odri Hilfiqer dünyaca məşhur "Tommy Hilfiger" brendinin sahibi, amerikalı modelyer və dizayner Tommi Hilfiqerin qardaşı qızıdır.

Odri Hilfiqerin İnstagram profilinin 10 mindən artıq daimi təqibçisi var.