Xətai rayonu, Naximov küçəsi, 13B ünvanında yaşayan sakinlər həyətlərində olan yaşıllığın məhv edilməsindən şikayət ediblər.
Belə ki, binanın önündə uşaqların istirahəti üçün olan meydançada ağaclar kəsilərək yerində qaraj tikilib.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, həmin ünvanda yaşayan sakin Rauf  Kazımov problemlə bağlı modern.az-a müraciət edib. O bildirib ki, tikintiyə başlanılan andan müvafiq qururumlara müraciət ünvanlayıb.
"Lakin cəhdlərimiz nəticə vermir. Bir neçə yerə bununla bağlı ərizə yazdım. Binamızın həyəti elə də böyük deyil. Bu kiçik həyətdə  bina sakinləri və uşaqları istirahət edirdilər.
Lakin qonşu blokda yaşayan sakin insanların istirahət hüququnu pozub. Belə ki, bizim blokun qarşısında özünəməxsus avtomobil qarajı tikib. Bu qaraj 3 böyük ağacın ətrafındadır. Buna görə də həmin ağaclara ciddi ziyan vurulub".
O bildirib ki, bütün cəhdlərinə baxmayaraq Xətai Rayon İcra hakimiyyəti və həmin ərazidə yerləşən mənzil istismar sahəsi tərəfindən bu qanunsuz tikintinin qarşısı alınmayıb.

"Ona görə də məsələni media vasitəsilə işıqlandırmağa məcbur olduq".