Ermənistan prezidenti Serj Sarkisyan cəbhədə yaşanan aprel gərginliyindən sonra orduda ikinci kadr dəyişikliyi ilə bağlı fərman imzalayıb.
Unikal.org anspress-ə istinadən məlumatına görə, yeni fərmanla Baş Qərargah rəisinin müavini Movses Akopyan işdən çıxarılıb. General-leytenant Akopyan müdafiə nazirinin müavini təyin edilib.
Bundan sonra Movses Akopyan Müdafiə Nazirliyinin müavini vəzifəsi ilə yanaşı nazirliyin maddi-texniki təminat departamentinin rəhbəri vəzifəsini də yerinə yetirəcək. 
Movses Akopyan - Ermənistan müdafiə nazirinin müavini
Ermənistan prezidenti  cəbhədəki məğlubiyyətindən sonra cəmiyyətdə orduya qarşı hörməti qaldırmaq üçün aprelin 26-da Silahlı Qüvvələrdə bir neçə yüksək rütbəli hərbçini vəzifəsindən azad etmişdi.  Sarkisyanın əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb. 
İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var. 
Kadr dəyişikliyinin niyə baş verdiyi isə rəsmi şəkildə izah olunmadı. Ermənistan MN-in mətbuat katibi Artsrun Ovannisyan Müdafiə Nazirliyinin Baş qərargahının kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyanın ordudan uzaqlaşdırılmasını şərh etməkdən imtina edib.

"Biz sadəcə bunun dördgünlük müharibə ərzində bizim kəşfiyyat orqanlarının öz işinin öhdəsindən gələ bilməməsi, qarşı tərəfin sərhədə hərbi texnika yığmasından kəşfiyyatçılarımızın xəbərinin olması ilə əlaqəsinin olub-olmadığını maraqlandıq. Mən onu deyə bilərəm ki, prezidentin əmrini şərh edə bilmirəm".