Yevlax rayonunda baş vermiş avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Xaldan yolunda "VAZ-2107" markalı avtomobillə "VAZ-21011" markalı avtomobilin toqquşması nəticəsində, Səmədov Rəvan Kəmil oğlu (1984), Mehdiyev Bəylər Ceyhun oğlu (1999) və Xalidli Rüfət Allahyar oğlu (1997) müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.