Hacıqabulda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org bildirir ki, hadisə Bakı-Qazax yolunun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb. Qobustan sakini, 43 yaşlı Müşviq Əliyevin idarə etdiyi minik avtomobili yol kənarında hərəkətsiz dayanan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər sərnişin-sürücünün həyat yoldaşı - 38 yaşlı Səmayə Əliyeva, qardaşının həyat yoldaşı Xatirə Əliyeva və qardaşı oğlu, 13 yaşlı Rizvan Əlizadə ölüb. Sürücü və 3 nəfər sərnişin - 6 yaşlı Ömər Əlizadə, 10 yaşlı Nərmin Əlizadə və 9 yaşlı Əliqardaş Əlizadə isə müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Minik avtomobilində olanların Qax rayonundan istirahətdən qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az