Bir müddət əvvəl İmişli, Saatlı və Tərtər rayonlarında pambıq taralarında insanların kütləvi zəhərlənməsi ilə bağlı araşdırlmar davam etdirilir.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə Dövlət Fitosanitar Xidmətin rəisi Ələdddin Eyvazov Fitosanitar Xidmətin Ümumresplika müşavirəsində məlumat verib. Onun sözlərinə görə, bu halın bir daha təkrarlanmaması üçün bölgələrdə fermerlərlə marifləndirmə işi aparılır.

''Respublika ərazisində fitosanitar vəziyyət'' mövzusunda keçirilən toplantıda Ələdddin Eyvazov bölgələrdə Xidmətin qurumları tərəfindən edilən nöqsanlardan geniş söz açıb və hər il verilən hesabatların formal xarakter daşıdığını bildirib.

Ələddin Eyvazov, işində qüsura yol verən Xidmət əməkdaşlarına sərt xəbərdarlıq edib və belə davam edəcəyi təqdirdə onların işdən kənarlaşdırılacağını bildirib.

Eyni zamanda, müşavirədə Xidmətin yerli qurmlarının rəhbərlərinin şikayətləri dinlənilib və bunların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.