Gəncədə mənzildə yanğın olub.

Unikal.org FHN-in saytına istinadən məlumatına görə, Kəpəz rayonunda ümumi sahəsi 82 m² olan 4 otaqlı mənzilin bir otağında 3 m² sahədə döşəmə və 1 ədəd kompyuter yanıb.

Yanğın zamanı 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

13:44

Gəncədə baş verən yanğın zamanı qonşu tərəfindən 3 azyaşlı körpə xilas edilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Zeynalova Turanə Nəriman qızı yanğın zamanı mənzildə olan 3 azyaşlı uşağı xilas edərkən tüstüdən boğulub.

Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən T. Zeynalovanın vəziyyəti kafidir, uşaqların səhhəti isə normaldır.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Yanğınsöndürmə İdarəsinin 5 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.