Qazaxda ilan sancması hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, rayonun Alpout kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədova Ziyafət Mirzə qızı  yaşadığı evin bağında gəzərkən ilan onu ayağından sancıb.Z. Məmmədova dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətini kafi olduğu bildirilir.