Gürcüstanda narkotik alveri ilə məşğul olmaq istəyən azərbaycanlı saxlanılıb. 

Unikal.org Gürcüstan mətbuatına istinadən xəbər verir ki,  Kvemo Kartli bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər tutulub. 

Saxlanılardan birinin Qardabani rayonunun Ağtəhlə kənd sakini 1975-ci il təvəllüdlü M. B. adlı şəxs olduğu məlum olub. Onun üzərində axtarış zamanı 3 bağlama heroin aşkar edilərək götürülüb. 

Digər şəxsin axtarışı da çox çəkməyib.  O Rustavidə saxlanılıb. 1982-ci il təvəllüdlü şəxsin üzərində axtarış zamanı 2 bağlama heroin aşkarlanıb. 

Hər iki şəxs günahını etiraf edib. Saxlanılan şəxsləri 5 ildən 8 ilədək azadlıqdan mərhumetmə cəzası gözləyir.