Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub.

Unikal.org "Report"a istinadən xəbər veirr ki, Ayxan ailəsi ilə birlikdə Bakıya getməyə hazırlaşan zaman nəzarətsiz qalan iki yaşlı Rəhim Məmmədli eyvandakı divanın üstünə çıxıb. Sonra uşaq əllərini pəncərədəki qoruyucu tora söykəyib. Elə bu zaman qoruyucu tor ağırlığa tab gətirməyərək yerindən çıxıb. Bu zaman azyaşlı uşaq qoruyucu torla birlikdə beşmərtəbəli binanın 4-cü mərtəbəsindən aşağı düşüb. Şahidlərin sözlərinə görə, uşaq əvvəlcə yaşayış binasının həyətindəki ağacın üzərinə, ordan isə yerə düşüb. Rəhim Məmmədli Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan paytaxt Bakıya xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Qalalı yaşayış massivində baş verib. 2016-cı il təvəllüdlü Məhəmmədli Rəhim Ayxan oğlu yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılmışdı.

Faktla bağlı araşdırma aparılır.


*** 11:26 

Salyanda 2 yaşlı uşaq hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Salyan sakini, 2016-cı il təvəllüdlü Məhəmmədli Ayxan binanın 4-cü mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb.


İki yaşlı uşaq Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.