Hacıqabulda ana və 3 yaşlı qızını avtomobil vurub.

Unikal.org-un  apa-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. «QAZ 3110» markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1989-cu il təvəllüdlü Cəfərova Afaq İlyas qızını və onun 3 yaşlı qızını vurub. Nəticədə ana və qızı yüngül xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.