Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib.

Unikal.org-un verdiyi məlumata görə, Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti mürəkkəb relyefli yüksək dağ massivindən endirilərək rayon mərkəzinə gətirilib.

Fövqəladə Hallar Nazirliyi də bununla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Apa-nın məlumatına görə, meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə gətirilib. Müayinə işi başa çatdıqdan sonra meyit ailəsinə təhvil veriləcək.