Abşeron rayon sakini qaynı tərəfindən bıçaqlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Müşviq Zakir oğlu Abbasov yaşadığı evdə qaynı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.