Sumqayıt şəhərində mişar daşı ilə yüklü olan "KamAZ" aşıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində baş verib.

Belə ki, normadan artıq mişar daşı ilə yüklənən 30-BE-629 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarına aşıb. 

Hadisə zamanı sürücü xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.