Moskva ətrafında 6 avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında4nəfər həyatını itirib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-nin mətbuat xidmətindən məlumat verilib.

"Saat 01:30 radələrində Novaryazanskovo şosesinin 27-ci kilometrliyində "Kamaz" markalı yük maşını 6 avtomobillə toqquşub, 4 nəfər ölüb", - idarədən bildiriblər.

Hadisə yerinəistintaq qrupu cəlb edilib, qəzanın başvermə səbəbləri araşdırılır, avtomoboillərin hərəkətində xeyli çətinliklər yaranıb.