Xəzərdə Azərbaycanın sərhədini pozan İran vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Unikal.org-a verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin AzərÂbaycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam ResÂÂpublikası tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirəÂsalınÂmaz tədbirlər həyata keçirilÂib, hədəfin "Yamaha-200 mühərrikli "Layner tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqaÂməÂtində saxlaÂnılıb. Saxlanılmış qayığa və qayıqda olan İran İslam vəÂtənÂdaşları - 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza BehÂrac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar edilib.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində AzərÂbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.