Bakı-Oğuz yolunda pakistanlıları aparan avtobus qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova faktı trend-ə təsdiqləyərək bildirib ki, hadisə Qəbələ rayonu ərazisində baş verib.

Hadisə nəticəsində yüngül xəsarət alan bir necə pakistanlıya təcili tibbi yardım briqadası tərəfindən ambulator yardım göstərilib. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.