Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb.

Unikal.org Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də davaya səbəb geyim olub. Belə ki, kimliyi bəlli olmayan şəxs qatara daxil olan qadını qısa geyindiyi üçün tənqid edib. Başqasının geyiminə nəzarət etməli olduğunu düşünən "əxlaq polisi tənqidini vətən xainliyinə, Qarabağa qədər aparıb. Gülünc hala düşən şəxsin dediyi sözlər sonda başına bəla olub.

Belə ki, o daha sonra başqa bir vətəndaşın etirazı ilə qarşılaşıb. Vəziyyət o həddə çatıb ki, oğlanlar əlbəyaxa olublar.

Sözügedən hadisənin görüntülərini sizə təqdim edirik: