Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində İmişli rayon sakinləri - 1997-ci il təvəllüdlü

Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü

Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.

Bundan başqa, İmişli rayon sakinləri - 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır

22:24

Kürdəmirdə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən bildirir ki, rayonun Sorsor kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə bölmələri cəlb edilib. Nəticədə avtomobilin yanar hissələri yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.