Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində müşahidə olunur. Erməni hərbiçilərinin Qərvənd kəndi ərazisində törətdiyi yanğın neytral ərazilərə yayılıb.

Hazırda yanğın təmas xəttinə yaxın Mirəşelli, Çıraxlı, Əhmədağalı kəndlərindən aydın görünür.