Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 20-DR-685 dõvlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı minik avtomobili ilə 24-FR-363 dövlət qeydiyyat nişanlı "Jiquli Vaz 2106" markalı minik avtomobili toqquşub. Nəticədə "Toyota"da olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.